Rövşən Lənkəranski dəfn olunur – VİDEO+FOTO
Türkiyədə baş vermiş silahlı hücumdan sonra dünyasını dəyişən azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevin (Lənkəranski) dəfn mərasimi başlayıb.
AzNews.info xəbər verir ki, “Report”un Cənub bürosunun verdiyi məlumata görə, mərhumla vida mərasimində onun ailə üzvləri ilə yanaşı, qohumları, müxtəlif ölkələrdən olan dostları və yerli əhali iştirak edir.
Məsciddə qılınan cənazə namazından sonra Rövşən Ləkəranskinin nəşi dəfn olunmaq üçün Lənkəran şəhəri Kiçik Bazar məhəlləsindəki Sardaxıl qəbirstanlığına aparılıb.
Dəfn mərasimi iştirakçılarının çoxluğu ilə əlaqədar “Şəhidlər xiyabanı” küçəsində nəqliyyatın hərəkəti dayandırılıb.
Küçəyə yolboyu qərənfillər səpilib.
Lənkəranski atası Rafiq Canıyevin yanında dəfn olunacaq.
Qeyd edək ki, hadisə avqustun 17-dən 18-nə keçən gecə Türkiyənin İstanbul şəhərində baş verib. R.Lənkəranski şəhərin Barbaros bulvarındakı hotellərdən birində keçirilən toplantıda iştirak edib və “90-ND-011” dövlət qeydiyyat nişanlı avtomobillə oradan ayrılarkən naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalıb. R.Lənkəranski və sürücüsü yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisəni törədənlər naməlum istiqamətdə qaçıblar.
Xatırladaq ki, Caniyev Rövşən Rafiq oğlu (Rövşən Lənkəranski) 1975-ci il yanvarın 27-də Lənkəran şəhərində doğulub. O, gənc yaşlarında atasının qatilini məhkəmə zalında güllələyib və digər işlərlə yanaşı, məhkəmə qarşısına buna görə də çıxarılıb.
Rusiyada yaşayan Rövşən Lənkəranskinin “Ded Xasan”ın qətlindən sonra - 2013-cü ildə Dubaya (Birləşmiş Ərəb Əmirliyinə) getdiyi deyilirdi. Dubayla yanaşı o, mütəmadi olaraq İstanbulda da görünürdü.
Mənbə:> Report