Gəncədə qadın abort zamanı ölüb
Gəncədə ölüm hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasının ginekologiya şöbəsində qeydə alınıb.
Goranboy rayon sakini, 1988-ci il təvəllüdlü Aslanova Gülşən Şəmsəddin qızı abort zamanı ölüb. Onun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
Mənbə:> APA