Əri yanında olmadan bazara getdiyi üçün qadının başını kəsdilər
Əfqanıstanda əri yanında olmadan ərzaq almağa yollanmış qadının başı kəsilib. Virtualaz.org “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, hadisə ərazisinin böyük hissəsi “Taliban” terrorçularının əlində olan Sari-Pul əyalətində baş verib.
Mənbənin bildirdiyinə görə, qadının əri bundan bir gün əvvəl ölkəni tərk edib və onun yoxluğunda həyat yoldaşı kənd bazarına alış-veriş etməyə yollanıb. Lakin qadını yolda bir qrup silahlı kişi saxlayıb və az müddət sonra qətlə yetirib.
Əyalətin qubernatoru bəyan edib ki, qadın “Taliban”ın qoyduğu qaydaları pozduğu üçün terrorçular tərəfindən öldürülüb. Həmin qaydalara əsasən, qadınlar kişi cinsindən olan qohumlarının müşayiəti olmadan insanların toplaşdığı yerlərə gedə bilməzlər.
Qeyd edək ki, “Taliban” nümayəndələri bu hadisədən xəbərsiz olduqlarını bildiriblər.
Mənbə:> Virtualaz.org