Astan Şahverdiyevlə bağlı növbəti qalmaqal » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Astan Şahverdiyevlə bağlı növbəti qalmaqal

Astan Şahverdiyevlə bağlı növbəti qalmaqal


“Millət vəkili Astan Şahverdiyevin açıqlamasını saytlardan oxudum. Azərbaycan deputatından belə sözlər gözləməzdim, mənə çox pis təsir etdi və səhərə qədər yata bilmədim”.

Aznews.info Qafqazinfo-ya istinadla xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Əməkdar artist Firuzə İbadova deyib.

Müğənni millət vəkilinin qalmaqallı açıqlamasına sərt etirazını bildirib:

“Yorğunluğum üzümdən hiss olunur. Dünyanın bir çox yerindən mənə zənglər gəldi, bu iş ictimailəşdirilmişdi. Azərbaycan xalqı “otxod” deyil. Azərbaycan xalqının alimləri, professorları, sadə fəhlələri, musiqişünasları var. Xaricdə yaşayan azərbaycanlılar bizi çox gözəl qarşılayır və çiyinlərinin üstündə gəzdirirlər. Sən bazarda işləyən insana necə “alverçi”, “otxod” deyə bilərsən? Onlar alverçi deyil. Öz zəhməti ilə dolanan və ailəsinə pul göndərən insanlardır. Biz dövlətimizin ətrafında birləşib, həmrəy olmalıyıq”.

Astan Şahverdiyevlə bağlı növbəti qalmaqal


F.İbadova Astan Şahverdiyevin onun torpağını mənimsəməsindən də söhbət açıb:

“Mən dəfələrlə Zaur Baxşəliyevin verilişində qonaq oldum, dərdimi dedim. Torpaq sahəmə görə məhkəməyə müraciət etdim. Torpağımı 8 minə satmamışdım, söhbət 30 min dollardan gedir. Onlar mənə 8 min pul verdilər. Sizin kürəkəniniz mənim pulumu ödəmədi, Astan müəllim”.

Qeyd edək ki, Əməkdar artist bir neçə il əvvəl açıqlamasında millət vəkili Astan Şahverdiyevin onun torpağını mənimsədiyini söyləmiş, etiraz olaraq 3 gün aclıq aksiyası keçirmişdi.

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *