Deputatlar Astan Şahverdiyeva xəbərdarlıq etdi
Bu gün Milli Məclisin İntizam Komissiyasının iclası keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Ölkə.Az-a İntizam Komissiyasının sədri, millət vəkili Ağacan Əbiyev məlumat verib.
A.Əbiyev deyib ki, iclas millət vəkili Astan Şahverdiyevin dekabrın 24-ü “Azadlıq radiosu”na verdiyi açıqlama ilə bağlı olub:
“Az öncə Milli Məclisin İntizam Komissiyasının 9 nəfərlik üzvünün iştirakı ilə Astan Şahverdiyevin məsələsi müzakirə edilib.
Müzakirələrdə Astan Şahverdiyev özü də iştirak edib. Ona xəbərdarlıq edilib və qərara alınıb ki, Astan Şahverdiyev söylədiyi bəzi fikirlərin cəmiyyətdə yanlış başa düşülməsinə görə üzr istəsin. Astan Şahverdiyev də səmimi olaraq Azərbaycan xalqından üzr istəyib”.
Mənbə:> Oxu.az