Milli Məclis Astan Şahverdiyevlə bağlı qərar verəcək » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Milli Məclis Astan Şahverdiyevlə bağlı qərar verəcək

Milli Məclis Astan Şahverdiyevlə bağlı qərar verəcək


“Deputat Astan Şahverdiyevin etiraza səbəb olan açıqlamasının həqiqətən onun tərəfindən deyilib-deyilməməsi, hələ ki, tərəfimizdən dəqiqləşdirilməyib”.

Aznews.info xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin İntizam komissiyasının sədri Ağacan Abıyev bildirib.

O qeyd edib ki, “bu barədə eşidib, amma hələ dəqiq əmin deyil”:

“Əgər təsdiqin tapsa ki, təhqir edib, əlbəttə, tədbir görüləcək. Hələ ki, Milli Məclis rəhbərliyindən bununla bağlı komissiyanın iclasının çağrılması barədə mənə bir söz deyilməyib.

Qarşıdan dekabrın 30-da plenar iclas gəlir və yəqin ki, o iclasda bu məsələ ilə bağlı dəqiq qərar veriləcək. Amma indiki halda, hələ ki, hansısa tədbirin görülməsi ilə bağlı bir qərar yoxdur”.

A.Abıyev onu da bildirib ki, əgər həqiqətən A.Şahverdiyev müsahibəsində təhqirə yol veribsə, bu, deputat üçün ciddi səhvdir.

Qeyd edək ki, deputat Astan Şahverdiyev mətbuata açıqlamasında Biləsuvarda məskunlaşan köçkünlərlə və Rusiyaya işləməyə gedən azərbaycanlılarla bağlı təhqiramiz ifadələr işlədib, onları “otxod” adlandırıb.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *