Milli Məclis 12 iyunu qeyri-iş günü elan etmədi – YENİLƏNİB
Azərbaycanda keçiriləcək I Avropa Oyunlarının açılışı gününün - 12 iyunun qeyri-iş günü elan edilməsi ilə bağlı məsələ parlamentin bu gün keçirilən iclasının gündəliyindən çıxarılıb.
AzNews.info APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.
O bildirib ki, məsələ əvvəlcə iclasın gündəliyində yer alsa da, sonradan gündəlikdən çıxarılıb:
“Məsələ bugünkü iclasın gündəliyindən çıxarılıb. Növbəti iclasların gündəliyinə salınıb-salınmaması ilə bağlı hələ məlumat yoxdur”.
Qeyd edək ki, iyunun 12-də “Bakı 2015” I Avropa Oyunlarının təntənəli açılış mərasimi keçiriləcək.
12:09
Birinci Avropa Oyunlarının açılışı günü, iyunun 12-si qeyri-iş günü olacaq.
Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisə təqdim edilib.
Qanun layihəsi bu gün parlamentin plenar iclasında müzakirə ediləcək.
Mənbə:> APA