Futbolçuları daşıyan qayığın batması nəticəsində 30 nəfər ölüb
Uqandada Albert gölündə futbolçuları və azarkeşləri daşıyan qayığın batması nəticəsində ən azı 30 nəfər ölüb.
Oxu.Az-ın məlumatına görə, bu barədə BBC nəşri yazır.
Qayıqda olan 45 nəfər Bulisa regionuna futbol matçına gedirdilər. Onlardan yalnız on beşi xilas ola bilib.
Xilasedicilər doqquz nəfərin cəsədi sudan çıxarıb.
Polisdən bildiriblər ki, faciəyə sərnişinlərin böyük hissəsinin qayığın bir tərəfində rəqs etməsi səbəb olub. Həmçinin qeyd edilir ki, göyərtədə olanların əksəriyyəti sərxoş olub.
Mənbə:> Oxu.Az