Uşağına hazırladığı səhər yeməyi hamını heyran edib – FOTO
Lale Momedi oğlu üçün hazırladığı səhər yeməklərini sağlam etməklə yanaşı, həm də yeməkləri cizgi filmlərindəki personajlara bənzədir.
Hər axşam oğlu yatmazdan əvvəl səhər hansı personajı görmək istəyirsə, öncədən anasına deyir. Ana isə səhər erkəndən qalxaraq, oğlunun istədiyini hazırlamağa başlayır. Lale hətta yeməklərinin şəkillərini çəkib Jacob’s Food Diaries (Caqobun yemək gündəliyi) adlı “Instagram” səhifəsinə yerləşdirməyi də unutmur.
AzNews.info Publika.az-a istinadən Lalenin hazırladığı səhər yeməklərinin şəkillərini təqdim edir.
Mənbə:> Publika.az