“Şeremetyevo”da iki təyyarə toqquşdu
Dünən axşam saatlarında Moskvanın “Şeremetyevo” hava limanında iki təyyarə toqquşub.
“Virtualaz.org” RenTV telekanalına istinadən xəbər verir ki, hər iki təyyarə “Airbus-321” modelli olub. Onların qanadları bir-birinə toxunub.
Mənbə bildirir ki, Moskva vaxtı ilə 20:50-də (Bakı vaxtı ilə 21:50) Vladivostoka uçmalı olan təyyarə yanacaq doldurduğu vaxt qoşqu ilə aparılan digər hava gəmisi ilə toqquşub.
Hadisənin təfərrüatları araşdırılır.
Mənbə:> Virtualaz.org