Transformatorda yanan sevgililərdən xəbər var » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Transformatorda yanan sevgililərdən xəbər var

Transformatorda yanan sevgililərdən xəbər var

Keçən ilin oktyabrında Bakıda yüksək cərəyanlı transformatorun içinə girən və orada ağır yanıq xəsarəti alan sevgililərin bu gün toyu olub.

Axşam.az xəbər verir ki, 21 yaşlı Fəqan Fərzəliyev və Pərvin adlı gənc qız məktəb illərindən bir-birlərini sevirlər. Keçən il hadisə baş verdikdən sonra tərəflərin qohumları arasında mübahisələr yaransa da, bu gün sevgililər paytaxtın şadlıq evlərindən birində ailə qurublar.

Xatırladaq ki, sevgililər Nəsimi rayonun Ağadadaş Qurbanov küçəsində yerləşən 6 min voltluq transformatorun qapısını açaraq içinə daxil olmuşdular.

Elektrik cərəyanın vurması nəticəsində onlar bir müddət reanimasiyada yatıblar. F.Fərzəliyevin bir qolu amputasiya edilmişdi.

Mənbə: Axşam.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *