FHN-dən Xəzərdə baş verən qəza ilə bağlı açıqlama
Xəzər dənizində baş verən qəza nəticəsində itkin düşənlərin axtarışlarına başlanılıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, nazirliyin “Vixr-5” və “Vixr-8” gəmiləri artıq hadisə yerindədir, axtarışlar aparılır.
Qeyd edək ki, bu gün səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.
Mənbə:> Oxu.Az