Xəzərdə neftçiləri daşıyan qayıq aşıb, ölən var
Xəzər dənizində bədbəxt hadisə baş verib.
Aznews.info-un APA-ya istinadən məlumatına görə, SOCAR-ın “Azneft” İstehsalat Birliyinin (İB) Nəriman Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinə məxsus qayıq aşıb.
Nəticədə qayıqda olan şəxslərdən biri dənizdə boğulub.
Həmin şəxsin SOCAR-ın podratçı təşkilatı Abşeron Qazma İdarəsinin əməkdaşı olduğu bildirilir. Hazırda onun axtarışları davam etdirilir.
Mənbə:> APA