Kürdəmirdə ova çıxan şəxs faciəvi şəkildə öldü – VİDEO
Kürdəmirin Sovla kənd sakini ehtiyatsızlıqdan öz həmyerlisini qətlə yetirib.
Oxu.Az ARB TV-yə istinadən xəbər verir ki, hadisə kənd sakinləri Anar Şirməmməd oğlu Xəlilov və Saleh Məmməd oğlu Tağıyev ovda olarkən baş verib.
Saleh Məmmədovun silahından açılan güllə Anar Xəlilova dəyib.
Anarın atası Şirməmməd Xəlilov hadisə haqda danışıb: “Mənə zəng elədilər ki, belə-belə. Güllə dəyib. Arxadan açılıb. Bilmirəm təsadüfən olub, necə olub, nə olubsa, axırı olub…”
Hadisə yerinə gedən kənd sakinləri Anar Xəlilovun yaralı vəziyyətdə olduğunu görüblər. Onu ov sahəsindən çıxararaq xəstəxanaya çatdırmağa çalışıblar.
Daha sonra təcili tibbi yardım stansiyasına daxil olan məlumat əsnasında əraziyə yollanan həkimlər xəstəyə yardım göstəriblər. Lakin yaralı çox qan itirdiyindən həkimlərin səyi nəticə verməyib.
Hadisəni törətməkdə şüphəli bilinən Saleh Tağıyev polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> Oxu.Az