Gəncləri zərərli vərdişlərdən necə uzaqlaşdırmaq mövzusunda tədbir keçirilib – FOTO
02.12.2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə təşkil olunan 8-ci qrant müsabiqəsində qalib olmuş Gülşən Fətəliyevanın “Gəncləri Zərərli Vərdişlərdən Uzaqlaşdırmaq” adlı layihəsinin ikinci təlimi Azərbaycan Texniki Universitetində baş tutmuşdur.
AzNews.info xəbər verir ki, layihənin məqsədi gəncləri zərərli vərdişlərdən uzaq tutmaq və bu istiqamətdə maarifləndirmə işini təşkil etməkdən ibarətdir. Həmçinin təşkil olunacaq seminarlarda gənclərə ziyanlı vərdişlər haqqında ümumi və geniş məlumatlar verməkdir.
İkinci seminarın təlimçiləri Hüseynağa Əliyev, Məhsəti Hüseynova , psixo-analitik Aydan Xasməmmədzadə və qonaq qismində Azərbaycan Texniki Univeritetinin Təlim –tərbiyə işləri üzrə prorektor İsa Xəlilov Olmuşdur.
Təlimçi Hüseynağa Əliyev təlimdə iştirak edən gəncləri siqaretin həyatımıza və ətrafımızdakı insanlara vurduğu zərər, fəsadları, narkomaniya və alkoqol asılılığı ilə mübarizənin yolları haqqında məlumatlandırıb.
Daha sonra çıxış edən növbəti təlimçi Məhsəti Hüseynova sağlam qidalanma, düzgün yuxu rejimi və yuxusuzluğun orqanizmə vurduğu ziyanlar barədə məlumat vermişdir. Çıxışın davamı olaraq gündəlik həyatda nəzər yetirmədiyimiz amma nəticədə sağlamlığımıza böyük zərəri olan ziyanlı vərdişlər olan sosial şəbəkələr, telefon və onlardan asılılıq, bu prosesin xeyirli tərəfləri ilə yanaşı törətdiyi fəsadlar və mübarizə yolları mözusunda ətraflı məlumat verib.
Yekun olaraq psixo-analitik Aydan Xasməmmədzadə zərərli vərdişlərin psixoloji tərəflərini, sağalma proseduru ilə bağlı məsləhətlər vermişdir. Daha sonra gənclərin psixoloji mövzuda suallarını cavablandırıb.
Qeyd edək ki, layihənin ikinci təlim günü gənclərin böyük marağına səbəb olub və 200-dən çox tələbə və müəllim heyətinin iştirakı ilə həyata keçirilən tədbirdə iştirakçıların aktivliyi müşahidə edilib. Sonda tədbir iştirakçılarına sertifikat təqdim edilib və xatirə şəkli çəkdirilmişdir.
Mənbə:> AzNews.info