Ölkəmizin ən qeyri-adi avtomobilləri bir arada – VİDEO+FOTO
20 Noyabr 2016 ci-il Fox Avtomobil klubunun təşkilatcılığı ilə üç avtomobil klubunun görüşü baş tutub.
AzNews.info xəbər verir ki, Fox Avtomobil Klubu, BMW klub Azərbaycan və Forsaj Klubun Masazırda, Forsaj Klubun bazasında birgə keçirdiyi görüşdə 300-dən çox avtomobil toplanıb. BMW avtomobillərinin sayca üstünlük təşkil etdiyi görüşdə, şin yandırmaq həvəsində olan sürücülər meydana daxil olaraq bacardıqları qədər burnout ediblər. Təhlükəsizlik qaydalarına tam riayət olunduğunu bildirən Fox Avtomobil klubunun admini Ceyhun Mustafayev görüşün əsas məqsədinin ölkəmizdə avtmobil mədəniyyətini yüksəltmək, qanun və hüquqlarımızı qorumaq və avtomobil deyilən dəmir parçasına marağı olan hərkəsi bir araya toplamaq olduğunu vurğulayıb. Görüş maraqlı söhbətlər və müsabiqələrlə də yadda qalıb.
Klub üzvləri arasında keçirilən müsabiqədə:
1. Ən nümunəvi sürücü qismində Xaliq Əlmuradlı
2. Ən az cərimələnmiş sürücü qismində Arif İsmayılov
3. Ən maraqlı avto proyektçi qismində Rizvan Dadaşov
4. Ən aşağı klirensli avtomobil sürücüsü qismində Ceyhun Mustafayev
5. Ən hündür klirensli avtomobil sürücüsü qismində Rəhim Qurbanov
6. Ən uzun məsafə qət etmiş sürücü qismində Nicat Novruzov mükafatlandırılıblar.
AzNews.info görüşdə görüntüləri oxuculara təqdim edir:
Mənbə:> AzNews.info