Ağdamda vəzifəli şəxsin “gəlin maşını” piyadanı vurub » AzNews.info -Xəbər portalı

Ağdamda vəzifəli şəxsin “gəlin maşını” piyadanı vurub – FOTO

Ağdamda vəzifəli şəxsin “gəlin maşını” piyadanı vurub


Ağdam rayonunda gəlin gətirməyə gedən avtomobil qəza törədib.

AzNews.info xəbər verir ki, Report-un Qarabağ bürosunun məlumatına görə, rayonun Səfərli kəndi ərazisində toy karvanında “gəlin maşını” piyadanı vurub.

Ağdam rayon sakini Qabil İbadova məxsus 99- HS-066 dövlət qeydiyyat nömrə nişanlı “Lexus” markalı avtomobillə onun dostu Ruslan Hüseynov gəlin gətirməyə gedərkən idarəetməni itirib və dəmir hasarı aşaraq yolun kənarında yerləşən evin həyətinə girib.

Nəticədə evin həyətində olan İlhamiz Quliyevi vurub. Yaralı təcili tibbi yardım maşını ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb.

Xəstəxanadan bildirilib ki, yaralının vəziyyəti orta-ağırdır.

Qeyd edək ki, “Lexus” marakalı avtomobilin sahibi Q.İbadov Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) Ağdam rayon şöbəsinin rəsidir.
Faktla bağlı araşdırmalara başlanılıb.

Ağdamda vəzifəli şəxsin “gəlin maşını” piyadanı vurub
Ağdamda vəzifəli şəxsin “gəlin maşını” piyadanı vurub

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *