Bakıda dəniz üzərində körpü açıldı – FOTO
Bakının Pirallahı rayonunda Pirallahı (keçmiş Artem adası) adasını Abşeron yarımadası ilə birləşdirən dambanın yaxınlığında yerləşən avtomobillərin hərəkət edəcəyi yeni 9-cu körpü açılıb.
AzNews.info 1news.az-a istinadən xəbər verir ki, Qala-Pirallahı yolunun 23-cü km-də yerləşən körpü tamamən açılıb.
Hazırda körpünün ətrafı abadlaşdırır, eləcə də sahildə bərkitmə işləri aparılır. Bu işlər başa çatdıqdan sonra körpünün təntənəli açılışı olacaq.
Xatırladaq ki, körpünün ümumi uzunluğu 422 m, çıxış yolları ilə birgə 1360 m, eni 14 m, hərəkət hissəsinin eni 12 m, dəniz səviyyəsindən 11 m hündürlükdədir.
Körpünün altından maneəsiz şəkildə gəmilər üzə bilir.
Qeyd edək ki, uzun illərdir Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən dambanın tikintisinə başlanılıb, avtomobillər adaya körpü üzərindən gedir.
Xatırladaq ki, körpünün tikintisinə 2012-ci ilin sentyabrında başlanılıb.
Mənbə:> 1news.az