Sosial şəbəkələr terrorizmlə onlayn mübarizə aparacaqlar
Dünyanın ən iri dörd internet-şirkəti – “Microsoft”, “Facebook”, “Twitter” və “YouTube” terrorizmlə onlayn mübarizə aparacaqlar.
Oxu.Az-ın məlumatına görə, Trend-in “RİA Novosti”ya istinadən verdiyi məlumata görə, şirkətlər öz aralarında unikal rəqəmli video identifikatorların mübadiləsini aparacaqlar və bu da potensial terrorçunu müəyyənləşdirməyə imkan verəcək.
Həmçinin bildirilir ki, şirkətlər müştərilərin fərdi məlumatlarını bölüşməyəcəklər.
Mənbə:> Oxu.az