Novruz Məmmədov: Terrorizmlə mübarizədə bütün dövlətlər ədalətli olmalıdır
Hər bir dövlət terrorizmlə mübarizədə digər maraqlarını kənara qoymalıdır.
Oxu.Az-ın verdiyi xəbərə görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, qurumun Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özunün "Twitter" səhifəsində yazıb.
Parisdə törədilən terror aktlarına münasibət bildirən N.Məmmədov qeyd edib ki, amansız terror aktları nəticəsində Parisdə çoxsaylı insan həlak olub və yaralanıb.
"Bununla bağlı həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Terrorizm bu gün dünyanın bütün ölkələri üçün ən böyük təhlükələrdən biridir. Bu təhlükəni aradan qaldırmaq üçün bütün dövlətlər səylərini birləşdirməlidir. Heç olmasa, hər bir dövlət terrorizmlə mübarizədə digər maraqlarını kənara qoymalıdır. Heç olmasa, bu məsələdə bütün dövlətlər ədalətli olmalıdır", - deyə, Novruz Məmmədov bildirib.
Mənbə:> Oxu.Az