Sabir Rüstəmxanlı: “Heç özümdə deyiləm”
“Bu hadisəyə çox pis olmuşam. Heç özümdə deyiləm. Əmimiz rəhmətə getmişdi. Biz rayondan gəlirdik. Mən o maşında olmamışam. Ağır qəza Masallı-Yardımlı arasında “Yanardağ” deyilən ərazidə baş verib”.
Masallı-Yardımlı yolunda baş verən ağır qəza ilə bağlı millət vəkili Sabir Rüstəmxanlı ANS PRESS-ə açıqlamasında bildirib.
Xatırladaq ki, bu gün Şahbaz Xuduoğlu Yardımlıdan əmisinin yas mərasimindən qayıdarkən qəzaya düşüb. Qəza nəticəsində avtomobildə olan sərnişin 1971-ci il təvəllüdlü Könül Yolçu qızı Rüstəmxanlı hadisə yerində dünyasını dəyişib.
Digər sərnişin İlahə Xudu qızı Əliyeva isə ağır yaralanıb. Qadın Masallı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, yol qəzasında dünyasını dəyişən Könül Rüstəmxanlı “Qanun” Nəşrlər Evinin sahibi, jurnalist Şahbaz Xuduoğluun həyat yoldaşı, yaralanan İlahə Əliyeva isə bacısıdır.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> ANSPRESS