Nigar Arpadarai “Formula-1”-ə ayrılmış vəsaiti şərh etdi
Bakı Şəhər Halqasının Marketinq şöbəsinin rəhbəri Nigar Arpadarai “Formula-1” yarışlarına ayrılmış vəsaiti şərh edib.
Oxu.Az xəbər verir, Nigar Arpadarai bildirib ki, keçən il xərclər iki yerə bölünmüşdür.
Onun sözlərinə görə, birinci infrastruktur işləridir:
“Yolun çəkilişi, tribunaların alışı, təhlükəsizlik baryerlərinin alınıb quraşdırılmasıdır. Bu xərclər növbəti il azalacaq.
İkinci xərclər əyləncə proqramı, konsertin təşkili ilə bağlı işlərdir. Bu işlərə ayrılmış vəsait azalmayacaq”.
O qeyd edib ki, Bakı Şəhər Halqası daha çox əyləncə sevən insanları cəlb etmək istəyir.
Xatırladaq ki, Azərbaycan Qran Prisi 2017-ci ilin 23 - 25 iyununda keçiriləcək.
Mənbə:> Oxu.az