“Formula 1 jurnalistlərin gözü ilə” müsabiqəsinə start verilir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, İdman

“Formula 1 jurnalistlərin gözü ilə” müsabiqəsinə start verilir

“Formula 1 jurnalistlərin gözü ilə” müsabiqəsinə start verilir


Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) noyabrın 1-də sayca ikincisi olan “Formula 1 jurnalistlərin gözü ilə” adlı məqalə müsabiqəsinə start verir.

BŞH-dan Oxu.Az-a verilən məlumata görə, müsabiqənin keçirilməsində əsas məqsəd bu ildən etibarən Bakıda keçirilən “Formula 1” yarışına jurnalistlərin marağını cəlb etmək və bütövlükdə ölkə ictimaiyyəti arasında motoridman yarışının bu növü haqqında məlumatlılığı artırmaqdır.

BŞH-nın Marketinq və Kommunikasiya üzrə rəhbəri Nigar Arpadarai jurnalistləri müsabiqədə fəal iştiraka dəvət edir:

“Bu il Bakı ilk dəfə Formula 1 Avropa Qran Prisinə ev sahibliyi etmişdir və bu dünya əhəmiyyətli bir yarışı izləmək və işıqlandırmaq jurnalistlərimiz üçün nadir bir fürsət olmuşdur. Fürsətdən istifadə edərək mən bütün jurnalistləri bu müsabiqədə fəal iştirak etməyə səsləyirəm və inanıram ki, ölkə ictimaiyyəti bu məqalələr sayəsində “Formula 1” yarışına yaxından bələd olacaqlar.

Bu da öz növbəsində, ölkəmizdə motoridman azarkeşlərinin sıralarını daha da genişləndirəcək”.

Dekabrın 25-dək davam edəcək müsabiqədə vətəndaşlığından asılı olmayaraq, Azərbaycanda yaşayan və ya işləyən 21 yaşını tamamlamış bütün çap və internet media nümayəndələri iştirak edə bilərlər.

Müsabiqənin nəticələri 14 yanvar 2017-cü il tarixində elan olunacaq və müsabiqənin qalibi 2017-ci il “Formula 1” yarış mövsümü öncəsi Barselonada keçiriləcək sınaq yürüşlərini izləmək üçün İspaniyaya səyahət üçün bilet qazanacaq.

İştirakçılar, həmçinin qiymətli hədiyyələr və sertifikatlarla mükafatlandırılacaqlar.

Məqalə müsabiqəsi haqqında daha ətraflı məlumatı bu keçiddən www.bakucitycircuit.com/az/media/xbrlr/202/formula-1-through-the-journalists-eyes əldə edə bilərsiniz.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *