Bakıda at 20 yaşlı oğlanı sürüyüb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Bakıda at 20 yaşlı oğlanı sürüyüb

Bakıda at 20 yaşlı oğlanı sürüyüb

Bakıda 20 yaşlı oğlanı at sürüyüb.

AzNews.info Report-a istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə küç., ev 1 ünvanının qarşısında qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü Rəhimov Qulaməli Nadir oğlu yeni aldığı ata minib sürmək istəyib. At hürküb və onun boynundakı kəndir Q.Rəhimovun ayağına keçib. Nəticədə at gənc oğlanı bir neçə metr sürüyüb. Yalnız qonşuların köməyi ilə atı saxlamaq mümkün olub.

Q.Rəhimov ağır bədən xəsarətləri alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *