Azərbaycan Kubokunun oyunu bir dəqiqəlik sükutla başlanacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Futbol

Azərbaycan Kubokunun oyunu bir dəqiqəlik sükutla başlanacaq

Azərbaycan Kubokunun oyunu bir dəqiqəlik sükutla başlanacaq

Futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “İnter” – “Qaradağ Lökbatan” oyunundan öncə bir dəqiqəlik sükut elan olunacaq.

Bu barədə Report-a “İnter”in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov məlumat verib.

Onun sözlərinə görə, anma tədbiri içərisində Braziliyanın “Şapekoense” klubu üzvlərinin olduğu təyyarənin qəzaya uğraması nəticəsində həlak olmuş “İnter”in sabiq müdafiəçisi Filipe Maçado üçün nəzərdə tutulub:

“Məsələ ilə bağlı Peşəkar Futbol Liqasına müraciət etdik. Qurum müraciətimizi müsbət cavablandırdı. Oyundan öncə bir dəqiqəlik sükutla sabiq futbolçumuzu yad edəcəyik”.

Dekabrın 2-də “İnter Arena”da keçiriləcək qarşılaşma saat 15:00-da başlayacaq.

Qeyd edək ki, Kolumbiyada baş vermiş təyyarə qəzasında dünyasını dəyişən Braziliyanın “Şapekoense” komandasının üzvü Filipe Maçado 2009-2010 mövsümünün ikinci, 2010-2011 mövsümünün ilk yarısında “İnter”də çıxış edib.

Azərbaycan Kubokunun oyunu bir dəqiqəlik sükutla başlanacaq
Azərbaycan Kubokunun oyunu bir dəqiqəlik sükutla başlanacaq

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *