Eyfel qülləsinin ən yüksək nöqtəsində selfi – VİDEO
26 yaşlı gənc Parisdəki Eyfel qülləsinin ən yüksək nöqtəsinə çıxaraq orada selfi çəkib.
Oxu.Az Daily Mail-ə istinadən bildirir ki, İngiltərənin Sauthempton şəhərində yaşayan alpinist Ceyms Kinqston 2014-cü ildən bəri Eyfel qülləsində ekstremal selfi çəkdirmək arzusunda olduğunu deyirdi.
O, arzusuna çatıb.
Polislərdən və mühafizəçilərdən gizlənərək niyyətini reallaşdıran Kinqston deyib:
“O yüksəklikdən Parisi seyr etmək əsl zövq idi. Orada tam azadlıq, absolyut sərbəstlik vardı”.
Mənbə:> Oxu.az