Deputat ölüm hökmünün bərpasını istəyir – VİDEO
Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Elmira Axundova ölkədə məişət zorakılığının artmasından narahatlığını bildirib.
AzNews.info-nun məlumatına görə, E.Axundova qeyd edib ki, statistikaya görə, ailələrdə qadınlara qarşı həyat yoldaşları tərəfindən zorakılıq halları artır: “Belə insanlar ömürlük həbsə məhkum edilməlidirlər. Ağır cinayət törədənlər, həyat yoldaşının başını kəsən, azyaşlıları zorlayanlarla bağlı başqa ölkələrdə ölüm hökmü var. Bizdə niyə yoxdur? Cəmiyyətimizi bu cür vəhşilərdən birdəfəlik təmizləmək lazımdır".
Mənbə:> Trend