İstanbulda minlərlə türk ölüm hökmünün bərpasını tələb edir
Bu gün İstanbulda keçirilən mitinq zamanı minlərlə nümayişçi prezident Rəcəb Tayyip Ərdoğana dəstəyini ifadə edib, Oxu.Az Associated Press nəşrinə istinadən xəbər verir.
Nəşrin məlumatına əsasən, şəhərin tarixi hissəsində toplaşan nümayiş iştirakçıları hərbi çevrilişə cəhddə əli olanların edam edilməsini tələb ediblər.
Qeyd edək ki, uğursuz hərbi çevrilişdən sonra Türkiyənin bir çox şəhərlərində demokratiyaya dəstək mitinqləri keçirilir.
Mənbə:> Oxu.Az