Pəncərəsi olmayan binanın sirri » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Foto

Pəncərəsi olmayan binanın sirri – FOTO

Pəncərəsi olmayan binanın sirri

ABŞ Milli Təhlükəsizlik Agentliyi (NSA) beynəlxalq dinləmələr üçün Nyu-York şəhərində gizli bir mərkəz qurub.

Oxu.Az xəbər verir ki Publika.az-a istinadən xəbər verir ki, “Titanpointe” adlı mərkəz telekommunikasiya nəhəngi AT&T-nin pəncərəsiz göydələnində yerləşir.

Daha əvvəl NSA-nın keçmiş əməkdaşı Edvard Snouden tərəfindən açıqlanan sənədlərdə də mərkəzin adı çəkilib. Adı gizli saxlanılan bir AT&T əməkdaşının verdiyi məlumata görə, NSA-nın agentləri binadan 38-dən çox ölkədə edilən telefon danışıqları, faks mesajları və internet fəaliyyətini izləmək üçün baza kimi istifadə edir.

1978-ci ildə tikilən binanın nüvə zərbələrinə belə dözəcək şəkildə inşa edildiyi bildirilir. Bina daxilindəki generatorlar və su anbarı NSA-nın əməkdaşlarına xarici dünyadan ayrı qalaraq müstəqil şəkildə həftələrlə işləmək imkanı verir.

Yerli mətbuatda son illərdə dərc olunan xəbərlərdə də AT&T-nin ABŞ kəşfiyyat xidmətlərinə ən çox yardım edən telekommunikasiya şirkəti olduğu iddia edilib.

Pəncərəsi olmayan binanın sirri
Pəncərəsi olmayan binanın sirri
Pəncərəsi olmayan binanın sirri
Pəncərəsi olmayan binanın sirri
Pəncərəsi olmayan binanın sirri
Pəncərəsi olmayan binanın sirri
Pəncərəsi olmayan binanın sirri
Pəncərəsi olmayan binanın sirri

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *