Meymun hicablı qıza sataşdı, iki nəsil atışdı: 21 ölü, 50 yaralı
Liviyanın Sabha şəhərində meymunla bağlı insidentdən sonra iki nəsil arasında baş vermiş atışmada azı 21 nəfər həlak olub.
Al Arabiya bildirr ki, Güdedfa nəslindən olan 34 yaşlı kişinin meymunu Əvlad Süleyman nəslindən olan hicablı məktəbli qıza hücum edib. Meymun 13 yaşlı qızın başındakı hicabı açıb, onu cırmaqlayıb və dişləyib.
Qızın atası və qardaşları qisas almaq üçün meymunun sahibi ilə bahəm, onun iki oğlunu güllələyiblər.
Əvlad Süleyman və Güdedfa nəsilləri arasında atışma günlərlə davam edib.
Ölənlərin sayı, çox güman ki, daha çoxdur, çünki hələlik sadəcə, Əvlad Süleyman nəslindən itkilərlə bağlı xəbərlər verilir.
Məlumatlarda, döyüş zamanı tanklar, raketlər, minomyotlar və ağır silahlardan istifadə edildiyi və azı 50 adamın yaralandığı deyilir.
Güdedfa nəsli Liviyanın mərhum lideri Müəmmər Qəzzafinin də mənsub olduğu Qəzzazfa qəbiləsinə məxsusdur.
Şəhər hospitalının baş həkimi Əbdel Rəhman Areşin dediyinə görə, yaralıların sayı artır. Onların əksəriyyətinin vəziyyəti kritikdir.
Səbha şəhəri Liviyanın paytaxtı Tripolidən 660 km cənubdadır.
Mənbə:> Virtualaz.org