Eynulla Fətullayev: “Fərhad Qəribovu kazinoda mən çəkmişəm...” » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Maraqlı

Eynulla Fətullayev: “Fərhad Qəribovu kazinoda mən çəkmişəm...”

Eynulla Fətullayev: “Fərhad Qəribovu kazinoda mən çəkmişəm...”

Keçmiş deputat və oliqarx-biznesmen Fərhad Qəribov Tiflis kazinolarından birində bu günlərdə 270 min dollar uduzması haqda virtualaz.org saytının təkzibedilməz videokadrlarla müşaiyət olunan məlumatını təkzib etməyə çalışıb. Keçmiş deputat azvision.az-a bildirib ki, o, pensiyaçı adamdır, oturub evində və kazionda uduzmağa pulu yoxdur. “Mənim 270 min dollarım hardandır ki, aparıb kazionda uduzam. Mən ümumiyyətlə kazinoya ayaq basmıram. Jurnalistlər yalan məlumat yazır, kadrlardakı mən deyiləm”-Fərhad Qəribov deyib.

Lakin haqqin.az və virtualaz.org saytlarının təsisçisi Eynulla Fətullayev bildirir ki, o, Fərhad Qəribovun görüntülərini kazionda şəxsən çəkib. “Fərhad Qəribovun Tiflisin “Şanqri La Tbilisi” kazionsunda videokadrlarını mən özüm çəkmişəm. Bundan başqa mənə orada qumar oynayan başqa tanınmış azərbaycanlılar da məlumdur. Kazino əməkdaşları mənə deyiblər ki, tanınmış azərbaycanlılar ora tez-tez gedib yüz minlərlə dollar uduzur. Biz bu prosesi izləyəcəyik və Tiflisin qumarxanalarında böyük pullar uduzanların adlarını açıqlamaqda davam edəcəyik”-jurnalist bildirir.

E.Fətullayev deyir ki, o, jurnalistika fəaliyyəti ilə bağlı bir neçə gün əvvəl Gürcüstanda olarkən təsadüfən Tiflis xəngəlxanalarından birində keçmiş deputat Fərhad Qəribovu və daha bir neçə azərbaycanlını görüb. “Mənə dedilər ki, o, birazdan durub gedəcək kazionaya, qumar oynamağa. İnanmadım. Bir müddət keçdi, Fərhad Qəribov və yanındakılar doğrudan da xəngəlxanadan çıxıb təxminən 200-250 metr aralıdakı “Şanqri La Tbilisi” kazinosuna getdi.

Eynulla Fətullayev: “Fərhad Qəribovu kazinoda mən çəkmişəm...”


Mən də onun arxasınca düşdüm, hiss etdirmədən keçmiş deputatın necə qumar oynadığına tamaşa etdim. Qəribov poker oynamağa başladı və elə bir ucdan da uduzurdu. Deyə bilərəm ki, o, heç də yaxşı qumarbaz təsisi bağışlamırdı və çox qeyri-peşəkar oynayırdı.

Nəhayət o, bütün pulunu uduzub qurtardı, yanındakına “nə qədər pul uduzduq, bütün pulum qurtardı” dedi. Əlavə etdi ki, “uşaqlara” deyib, indi pul gətirəcəklər”-Eynulla Fətullayev Tiflisdə gördüklərini nəql edir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *