Abdulla Şaiqin Ev Muzeyində “Həpimiz bir günəşin zərrəsiyiz” adlı tədbir keçiriləcək » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Mədəniyyət

Abdulla Şaiqin Ev Muzeyində “Həpimiz bir günəşin zərrəsiyiz” adlı tədbir keçiriləcək

Abdulla Şaiqin Ev Muzeyində “Həpimiz bir günəşin zərrəsiyiz” adlı tədbir keçiriləcək


AzNews.info xəbər verir ki, 22 noyabr 2016-cı il tarixində saat 13:00-da Abdulla Şaiqin Ev Muzeyində Azərbaycan ədəbiyyatı və incəsənətində multikultural dəyərlərə həsr edilən “Həpimiz bir günəşin zərrəsiyiz” adlı tədbir keçiriləcək.

Tədbirə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, şair, tərcüməçi və şərqşünas-alim Nəriman Qasımoğlu, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun, Nizami adına Ədəbiyyat İnstitutunun, bir sıra xatirə muzeylərinin əməkdaşları və KİV nümayəndələri dəvət olunmuşlar.

Tədbirdə Abdulla Şaiqin Ev Muzeyinin böyük elmi işçisi Arzu Hacıyeva “Azərbaycanın tolerant şairi Abdulla Şaiq”, muzeyin ekskursovodu Sevda Mahmudova “Azərbaycan bəstəkarlarının yaradıcılığı və multikulturalizm”, AMEA-nın Memarlıq və İncəsənət İnstitunun “Muğamşünaslıq” şöbəsinin kiçik elmi işçisi Bəbir Zeynalov “Azərbaycan muğamının multikultural dünyada yeri və inkişafı” institutun “Teatr, kino və televiziya” şöbəsinin baş laborantı Əhmədov Əlləz “Multikulturalizm teatrın mahiyyət daşıyıcılarından biri kimi” mövzuları ilə çıxış edəcəklər. Nəriman Qasımoğlu ölkəmizdə multikulturalizmin və tolerantlığın təzahürü ilə bağlı fikirləri ilə bölüşəcək. Nizami rayonu Uşaq və gənclər yaradıcılıq mərkəzinin “Gənc aktyorlar” dərnəyinin üzvləri Zeynalabdin Bağırzadə və Murad Həsənxanlının ifasında Azərbaycan şairlərinin özündə multikultural dəyərləri və tolerant münasibətləri əks etdirən əsərlərindən nümunələr səslənəcək. S.Mahmudova (fortepiano) və N.Abbasov (skripka) klassik musiqi əsərləri təqdim edəcəklər.

Tədbirin keçirilməsində məqsəd Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı ilin yanvar ayında verdiyi sərəncamı əsas tutaraq, Azərbaycanda gənclər arasında multikultural dəyərləri təbliğ etməkdir.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *