Abdulla Şaiqin mənzil muzeyində “Ana dilimiz milli sərvətimizdir” adlı tədbir keçiriləcək
Fevralın 18-də saat 15:00-da Abdulla Şaiqin mənzil muzeyində “Abdulla Şaiq -135. Ana dilimiz milli sərvətimizdir” adlı tədbir keçiriləcək.
Muzeydən AzNews.info-ya bildirilib ki, tədbirin keçirilməsində məqsəd Abdulla Şaiq yaradıcılığını tanıtmaq, ədibin də uzun illər təbliğ etdiyi ana dilimizi yetişməkdə olan gənc nəslə aşılamaqdır.
Tədbirdə Abdulla Şaiq haqqında çıxışlar olacaq, şeir və mahnılar səslənəcək, ədibin “Tülkü həccə gedir” və “Yaxşı arxa” mənzum nağılları əsasında hazırladıqları tamaşalar göstəriləcək.
Mənbə:> AzNews.info