“18-ci mərtəbədən mənzil aldıq, bina 17 mərtəbə tikildi...” “AMAY Abdulla”nın məhkəməsindən » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

“18-ci mərtəbədən mənzil aldıq, bina 17 mərtəbə tikildi...” “AMAY Abdulla”nın məhkəməsindən

“18-ci mərtəbədən mənzil aldıq, bina 17 mərtəbə tikildi...” “AMAY Abdulla”nın məhkəməsindən


“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda zərərçəkənlər ifadə verib.

Zərərçəkən Fəxrəddin Güləhmədov, Namiq Həsənov, Rafiq Qurbanov və Rasim Rüstəmov ifadə verərək “Xudafərin” MMC-dən 18-ci mərtəbədən mənzil aldıqlarını, amma binanın 17 mərtəbə tikildiyini deyiblər. Onlar hazırda maddi tələblərinin olmadığını, mənzillə təmin olunsalar da, binanın hələ də təhvil verilmədiyini bildiriblər.

Şahid qismində ifadə verənlər - Şəfaət Həsənov, Tahir Rzayev, A.Abdullayevin köməkçisi Rəfael Yaqubov, Abdulla Abdullayevin dostu Əsgər Budaqov, “Xudafərin MMC”-nin meneceri Anar Məmmədov, AMAY-da çayçı işləyən İlham Məhərrəmov, Qaradağdakı sement zavodunda direktor müavini işləyən Natiq Məmmədov təqsirləndirilən Elşən Novruzovun təklifi ilə öz adlarına firma təsis etdiklərini, “Texnikabank”dan götürdükləri külli miqdarda kreditlərin AMAY-ın tikintisinə sərf olunduğunu və borcun ödənildiyini deyiblər.

Məhkəmə prosesi sabah davam etdiriləcək.

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *