Bakıda “Maqa” ləqəbli şəxsin boynunu kəsdilər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Bakıda “Maqa” ləqəbli şəxsin boynunu kəsdilər

Bakıda “Maqa” ləqəbli şəxsin boynunu kəsdilər

Bakıda dilənçiliklə məşğul olan şəxsin boyun damarı kəsilib.

Report xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində Olimp mağazasının yaxınlığında qeydə alınıb.

Belə ki, 44 yaşlı Məmmədov Mətləb Vəzir oğluna tanımadığı şəxslər yaxınlaşıb. Onlar ülgüclə M.Məmmədovun boyun nahiyəsini kəsiblər. Hadisə M.Məmmədovun küçədə dilənçilik edən iki övladının gözləri qarşısında baş verib.

Övladlarının köməkliyi ilə M.Məmmədov xəstəxanaya çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, M.Məmmədovun boyun damarı kəsilib. O, əməliyyat olunub, vəziyyəti ağırdır.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 20-ci Polis Bölməsinin (PB) əməkdaşları araşdırma aparır. İlkin araşdırmalara görə, M.Məmmədov sərxoş vəziyyətdə olub. O, tanımadığı şəxslərə söyüş söyüb.

Qeyd edək ki, M.Məmmədov avara və dilənçilər arasında “Maqa” ləqəbi ilə tanınır.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *