İcra hakimiyyətinin şöbə müdirinə cinayət işi açıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

İcra hakimiyyətinin şöbə müdirinə cinayət işi açıldı

İcra hakimiyyətinin şöbə müdirinə cinayət işi açıldı

Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsi vətəndaş Seymur Abıyevin oğurluqda ittiham etdiyi keçmiş qayınatası Elşad Əzizova qarşı şikayəti əsasında materialları nəzərdən keçirib.

Bu barədə "Report"a zərərçəkmişin vəkili Bəxtiyar Hacıyev məlumat verib.

Onu sözlərinə görə, idarədə fakt üzrə cinayət işi başlanılıb.

S.Abıyev açıqlamasında 2015-ci il martın 10-da vətəndaş E.Əzizovun onun Suraxanı rayonu Günəşli qəsəbəsində yerləşən mənzilinə daxil olduğunu bildirib: “Həmin mənzildən bir neçə əşyamı oğurlayıb. Həmin şəxsin məsuliyyətə cəlb edilməsini tam mümkün hesab edirəm. Elşad Əzizov haqqında zəruri ölçülərin götürülməsini vacibliyi onunla bağlıdır ki, həmin şəxs mənə məxsus 300 manat pulu talayıb. Bundan başqa, o, mənim mənzilimə daxil olmaqla həmin ünvana aid evin çıxarışını, sığorta sənədini, texniki pasportunu, mənim hərbi biletimi, xarici pasportumu, doğum şəhadətnaməmi, diplomumu götürüb. Əlavə olaraq həmin şəxs mənə aid 2 ədəd pencək, 3 ədəd gödəkçə, yun qış köynəyi, şalvar, kəmərlər, 7 cüt ayaqqabı, 1 cüt idman ayaqqabısı, 2 ədəd qızıl üzüyümü və alt paltarlarımı götürüb. Ümumilikdə Elşad Əzizov 3 000 manat dəyərində əmlakı götürərək mənə xeyli miqdarda zərər vurub. Həmin şəxs hazırda Cəlillabad Rayon İcra Hakimiyyətində məsul vəzifə tutur”.

Cəlilabad Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri E.Əzizov isə keçmiş kürəkəni S.Abıyevin onun barəsində səsləndirdiyi ittihamlara münasibət bildirib. O deyib ki, keçmiş kürəkəni S.Abıyevin ittihamları yalandır: “O iddia edir ki, guya mən evdən oğurluq etmişəm, yalan deyir, oğurluq etməmişəm. Onun əşyaları nəyimə lazımdır? Evdən qızım yalnız öz sənədlərini götürüb. Sənədlər də qızın şəxsiyyət vəsiqəsi, uşağın yaş kağızı, nikah haqqında şahədatnaməsi idi. O, məni oğurluqda ittiham edir, buna görə cavab verməli olacaq”.

E.Əzizov xatırladıb ki, S.Abıyev 2012-ci ildə qızı ilə rəsmi nikaha girib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *