HİV-ə qarşı yeni vaksinin CAR-da sınaqları başladı
HİV-ə qarşı vaksinin CAR-da başlayan sınaqları “inqilabi” ola bilər.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə parlamentdə ölkənin vitse-prezidenti Siril Ramaposa bildirib.
O qeyd edib ki, vaksinin sınağının bütün aspektlərinə Cənubi Afrika alimləri rəhbərlik edirlər.
Eksperimentin dəyəri 135 milyon randdır (10 milyon dollar). Ölkənin 18 regionunda 18-35 yaş aralığında olan HİV-ə yoluxmamış 5400 könüllü seçiləcək, onların yarısına beş ölçü vaksin, ikinci yarısına isə müqayisəli təhlil üçün istifadə ediləcək platsebo vurulacaq.
“Sınaqlar 20 ay müddətində ciddi etik standartlara uyğun olaraq keçiriləcək. Könüllülərə üç il nəzarət ediləcək”, - Ramaposa vurğulayıb.
Eksperimentin nəticələri 2022-ci ildə məlum olacaq.
Mənbə:> Oxu.Az