Bu ölkənin prezidenti Afrikadan buraxılmır
Afrika Birliyinin sammitində iştirak edən Sudanın məhkum olunmuş prezidenti Omar əl-Bəşirin Cənubi Afrikadan çıxışına qadağa qoyulub.
ANS PRESS-in məlumatına görə, hakim bildirib ki, Omar əl-Bəşir Beynəlxalq Cinayət Məhkəməsinə təslim olunmasına dair qərar verilənədək Cənubi Afrikada qalmağa məcburdur.
Məhkəmə Cənubi Afrikanı Sudan prezidentini həbs etməyə çağırıb. O, Darfur münaqişəsində hərbi cinayətlər, bəşəriyyətə qarşı cinayətlər və soyqırımında ittiham olunur. İttihamlar ona ilk dəfə 2009-cu ildə irəli sürülüb.
Bu gün məhkəmə Bəşirin həbs olunmasına dair müraciətə baxacaq. Ancaq bu, real görünmür, çünki Afrika Birliyinin bütün nümayəndələrinə Cənubi Afrika toxunulmazlıq statusu verib.
Cənubi Afrika prezidenti Jacob Zumanın başçılıq etdiyi Afrika Milli Konqresi məhkəmənin qərarına qəti etiraz reaksiyası verib, məhkəməni afrikalıları təkləməkdə ittiham edib
Xatırladaq ki, Darfurda münaqişə 2003-cü ildə başlayıb. Üsyançılar Bəşir hökumətinə qarşı çıxıb. BMT bildirir ki, münaqişədə 300 mindən çox insan ölüb, 2 milyon nəfər didərgin düşüb.
Mənbə:> ANSPRESS