Bu ölkədə 1 dollar 35 000 000 000 000 000-a bərabərdir
Zimbabvenin hakimiyyəti milli valyutanın tamamən ləğv edilməsinə başlayıblar, Reuters bildirib.
Oxu.Az xəbər verir ki, iyunun 15-də zimbabvelilərin şəxsi əmanətlərinin banklarda ABŞ dollarına çevrilməsi prosesi başlayacaq. 35 kvadrilyon Zimbabve dolları olan adam hesabında yalnız bir dollar ala bilər.
2008-ci ildə hiperböhran valyutanın kursunun 500 milyard faiz enməsinə gətirib çıxardı.
2009-cu ildə ölkədə yerli valyuta donduruldu, dövriyyəyə ABŞ dolları və Cənubi Afrika rendi buraxıldı.
Mənbə:> Oxu.Az