Zorlamada ittiham olunan direktorla bağlı rəsmi məlumat
Zərdab Rayon Təhsil Şöbəsi məktəb direktorunun şagirdinə təcavüz etməsi ilə bağlı məsələyə münasibət bildirib.
Təhsil Şöbəsindən Oxu.Az-a daxil olan məlumatda bildirilib ki, Zərdab Rayon Təhsil Şöbəsi müdirinin müvafiq əmri ilə Şahhüseynli kənd tam orta məktəbin direktoru vəzifəsi həvalə olunan Şirəliyev (Tofiqli) Ceyhun Hafis oğlu noyabrın 14-də saat 23:00 radələrində həmin məktəbin 11-ci sinif şagirdi, 1999-cu il təvəllüdlü Abduləliyeva Nərgiz Rəmzi qızı ilə onun yaşadığı evin həyətində söhbət edərkən anası görüb və bu barədə Zərdab Rayon Polis Şöbəsinə məlumat verib.
Şagirdin valideynlərinin şikayəti əsasında C.Şirəliyev rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb, haqqında cinayət işi açılmayıb.
Hazırda iş rayon Prokurorluğunun nəzarətindədir və bununla bağlı araşdırma aparılır.
Abduləliyeva Nərgiz Rəmzi qızı tibbi müayinədən keçirilib və ona heç bir təcavüz halının olmadığı müəyyən edilib.
Mənbə:> Oxu.Az