Ruziyə Əsgərova - Sadə qələmlə xaliqələr yaradan gənc rəssam – FOTO
Bugünkü qəhrəmanımız sadə karandaşla qeyri-adi portretlər çəkən gənc rəssam Ruziyə Əsgərovadır.
AzNews.info xəbər verir ki, ixtisasca maliyyəçi olan Ruziyə xanım bank sektorunda çalışır. 27 yaşı var. Yaradıcı incəsənətlə uşaqlıq yaşlarından maraqlanan Ruziyə, bu hobbisini həvəskar olaraq davam etdirir. Özünün bildirdiyinə görə, bu, onun üçün həzz verən sirrli bir prosesdir. Əvvəllər sadə karandaşla başlasa da, hazırda rəngli karandaşlarla da işləyir:
"Mən - estetəm. Bütün gözəllikləri sevib qiymətləndirirəm, buna görə də, hələ uşaqlıqdan bu hisslərimi kağıza köçürmək kimi həvəsim oyandı. Mənim ilham mənbəyin xeyirxah gözləri olan səmimi və yaxşı insanlardır. Sadə və rəngli karandaşlarla işləyirəm. Bir işə təqribən 30-40 dəqiqə vaxtım gedir. Son zamanlar yaşlı insanları çəkməyi tərcih edirəm. Zənnimcə, onların üzünün hər qırışında bir çətin həyat yolu əks olunur."
Gənc rəssam gələcəkdə bu hobbisini daha proffesional səviyyəyə qaldırmağı və boyalarla işləməyi planlaşdırır.
Mənbə:> AzNews.info