Tovuzda məktəb illərindən başlayan məhəbbət 16 il sonra qətl ilə sona çatdı
Azərbaycanda məktəbdə parta arxasından başlayan məhəbbət sevgililəri həbsxanaya aparıb çıxardı – onlar xoşbəxt gələcəyə ümid edərək mümkün sərhəddi aşıblar, amma qəddarcasına aldanıblar...
Tovuz rayon Polis İdarəsi və Prokurorluğunun əməkdaşları Əlimərdanlı kəndinin 43 yaşlı sakini Müşviq Hüseynovun aprel ayının 24-də törədilmiş qətlinin üstünü açıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Vesti.Az-a Tovuz rayon Polis İdarəsindən bildiriblər.
Xatırladaq ki, başında güllə yarası olan Müşviq Hüseynovun cəsədi Əlimərdanlı kənd qəbiristanlığının ərazisində öz şəxsi “Jiquli” avtomobilinin baqajında tapılıb. O zaman qətlə yetirilənin həyat yoldaşı Ruziyə Hüseynova ərini son dəfə aprelin 24-də saat 23.00-da gördüyünü bildirmişdi. Onun sözlərinə görə, onlar fermadan evə gəldikdən sonra əri ona yarım saatlıq çıxmalı olduğunu deyib. Amma Hüseynov evə qayıtmayıb. Aprelin 25-də fermerin arvadına dəhşətli xəbəri veriblər.
Xatırladaq ki, qətlə yetirilənin meyitini ilk olaraq kənd çobanları aşkar ediblər. Daha doğrusu onlar Hüseynovun evindən bir km aralıda qəbiristanlığın yanında yolun kənarında dayanan maşınını tanıyıblar. Çobanlardan biri M.Hüseynovun əmisi oğluna zəng edib. Göstərilən yerə gələn Hüseynovun qohumu maşına baxıb, onun ön hissəsində atəş izi görüb. Yalnız bundan sonra baqaja baxmaq ağlına gəlib...
İlkin istintaq zamanı Hüseynovun Rusiyadan cəmi iki həftə bundan öncə gəlməsi də müəyyən edilib. Amma istintaq onun qətlini Rusiyada olması ilə əlaqələndirməyib.
“Atəş və digər detallara görə, Hüseynov qadına görə öldürülə bilərdi. Qatil Hüseynovun düz ağzına atəş açıb, sonra isə onun başına atəş açıb. Bununla yanaşı onun cibində tapılan telefonunda nə gələn, nə də gedən zənglər olmayıb. Yəqin ki, qatil onları silib. Biz artıq mobil operatora sorğu yollamışıq. Tezliklə ona kimin zəng edib görüşə çağırdığını aydınlaşdıracayıq”, - Tovuz RPİ-dən bildiriblər.
Bununla yanaşı, əməliyyatçılar Hüseynova qətldən öncə kimin zəng etdiyini aşkar ediblər və ailənin qorxulu həqiqətini üzə çıxarıblar. Bu sirr artıq 16 il idi ki, gizli saxlanılırdı. İstintaqın versiyası təsdiqləndi – Müşviq Hüseynov qadına görə öldürülüb.
“Həyat yoldaşının davranışı bizə şübhəli göründü. O özünü elə aparırdı ki, sanki onun ərini öldürməyiblər. Tezliklə aşkar olunub ki, o yalan danışıb”, - Tovuz RPİ-də qeyd ediblər.
Keçən istirahət günlərində fakt üzrə Müşviq Hüseynovun qətlində şübhəli bilinən saxlanılıb. Bu, 1980-ci il təvəllüdlü onun doğma qardaşı Asif Hüseynovdur, o qardaşını babasının qoşalüləsindən öldürüb. Amma bu cinayəti o tək törətməyib.
Ruziyə Hüseynovanın yalanı isə onun qətl günü evə əri ilə deyil, qaynı Asiflə gəlməsindən ibarət idi. Asif onu evə qoyan kimi çıxıb gedib.
Asifin qətldə əlbiri Ruziyə Hüseynova olub. O, kiçik qardaş böyük qardaşa atəş açdığı zaman orda olub. Ərini maşının yük yerinə qoymağa Ruziyə özü yardım edib.
İstintaqın məlumatına görə, həmin gecə Müşviq Hüseynov qoyun sürüsünü örüşdən özü gətirmək fikrinə düşüb. Bunu bilən qardaşı və arvadı da ora yollanıblar...
Cəsədi maşının yük yerinə qoyduqdan sonra Asif Hüseynov “Jiquli”nin sükanı arxasına keçib və Ruziyəni evə gətirib. Özü isə qəbiristanlığa gedib və maşını yolun kənarında qoyub.
Axı Müşviqin qohumlarının onunla belə qəddarcasına davranmaqlarına səbəb nə olub? Aşkar olub ki, Asif Hüseynov və Ruziyə Hüseynova hələ məktəb illərindən bir-birinə aşiq olublar. Amma Asif öz arzusuna çata bilməyib, Ruziyəyə qarşı laqeyd olmayan böyük qardaşı onu qabaqlayıb.
Müşviq Hüseynov Ruziyəni qaçırıb, sonra toy edib. Onlar 16 il nikahda olublar. Kiçik qardaş isə evlənmir. Keçmiş sevgililər ünsiyyətdə olurlar. Müşviqin atası evində elə Asif ilə bir yerdə yaşamaları məlumdur. Son üç ayda Müşviq Hüseynov Rusiyada olub və ordan qayıtdıqdan sonra isə yalnız iki həftə bundan öncə onun ailəsi yeni evə köçür. Yəqin ki, onun gəlişinə hamının sevinmədiyini qeyd etmək lazım deyil. Elə bu vaxtdan A.Hüseynov qara fikirlərə düşür və öz planlarını R.Hüseynovaya da açır...
Bununla yanaşı, istintaq mobil operatorlardan Ruziyə və Asif Hüseynovun telefon yazışmalarının surətini alır. Onların birində Ruziyə ərinin məhz belə qəddarcasına öldürülməsindən təəssüflənərək: “Gərək onu belə öldürməyəydik” yazır.
Qəddar qətldə əlbirliyinə görə Ruziyə Hüseynova da saxlanılıb. İndi o və qaynı Asif Hüseynov həbsxanada bir-birlərindən ayrı 12 il keçirməli olacaqlar.
Fakt üzrə istintaq davam edir.
Mənbə:> Oxu.Az