Mehriban Zeynalova qalmaqallı iddiaya cavab verdi: "Şər-böhtandır" » AzNews.info -Xəbər portalı

Mehriban Zeynalova qalmaqallı iddiaya cavab verdi: "Şər-böhtandır"

Mehriban Zeynalova qalmaqallı iddiaya cavab verdi: "Şər-böhtandır"


"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova mətbuat konfransı keçirib.

ANS PRESS-in məlumatına görə, M. Zeynalova bildirib ki, Filippin vətəndaşı Fe Diaz Lliantonun öz ölkəsinə göndərilməsi prosesinin gedişi ilə bağlı mətbuatda həqiqətə uyğun olmayan və “Təmiz Dünya”nın nüfuzuna xələl gətirməyə yönələn məlumatlar yayılıb:

“DİN-in Baş Pasport və Miqrasiya İdarəsinin qanunsuz miqrasiyaya qarşı Mübarizə İdarəsinin Əməkdaşları tərəfindən 2013-cü il iyunun 10-da keçirilmiş tədbirlər nəticəsində Fe Diaz Lliantonun Bakı şəhəri, Nərimanov rayonu, S. Rəhimov küçəsi ev 35, mənzil 16 ünvanında olduğu müəyyən edilib. O, idarəyə ərizə ilə müraciət edərək yaşadığı ünvanda məcburi əməyə cəlb edildiyini bildirib, faktla bağlı cinayət işi başlanıb. Cinayət təqibi ilə əlaqədar insan alveri qurbanı olan Fe Diaz Llianto qanunvericilikdə müəyyən edilmiş qaydada 2014-cü il martın 24-dək Azərbaycanda müvəqqəti yaşamaq hüququ əldə edib. Onun müdafiəsi ilkin mərhələdə “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyi tərəfindən həyata keçirilib. Reabilitasiya və reinteqrasiya işinə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi cəlb olunub və zərərçəkmiş təşkilatın sığınacağında yerləşdirilib. Burada yaşadığı müddətdə onun sərbəstliyi təmin edilib, mobil telefonla istədiyi şəxslə əlaqə yaratmaq imkanı olub. 2014-cü il fevralın 12-də istintaq işi yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin çıxardığı hökmlə razılaşmayan zərərçəkmiş məhkəmənin hökmündən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Fe Diaz Llianto insan alveri qurbanı qismində tanınaraq, onun barəsində qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş reabilitasiya işləri tam şəkildə həyata keçirilib. Ona sosial, tibbi, hüquqi və maddi yardımlar göstərilib, müvəqqəti yaşama yeri ilə təmin edilərək, birdəfəlik müavinət verilib. Diaz Llianto Azərbaycanda daimi yaşamaq hüquq əldə etmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edib, lakin ona icazə verilməyib”.

M. Zeynalovanın sözlərinə görə, bundan sonra zərərçəkmiş şəxs ərizə ilə Dövlət Miqrasiya Xidmətinə müraciət edərək könüllü şəkildə öz ölkəsinə qayıtmaq istədiyini bildirib və müraciəti nəzərə alınaraq, digər xərcləri tam ödənilməklə, o, ölkəsinə yola salınıb: “Ancaq təəssüf ki, “AzNews” saytında bu məqamlar verilməyib və “Mehriban Zeynalovanın adı insan alverində hallanır” başlıqlı yazı dərc olunub. Bildirilir ki, guya mən Diaz Lliantonun deportasiya edilməsinə kömək göstərmişəm. Yazıda iddia olunur ki, mən bunun qarşılığında ondan müəyyən məbləğdə pul almışam. Bunlar hamısı şər-böhtandır”.

M. Zeynalova qeyd edib ki, saytda məlumat yayılarkən onun rəyi öyrənilməyib və bu halı hüquqlarının pozulması kimi qiymətləndirir. O, bununla əlaqədar saytı və onun baş redaktorunu məhkəməyə verəcəyini vurğulayıb: “Məhkəmədə saytın bağlanması məsələsini qaldıracağıq”.

M. Zeynalova həmin məlumatı sosial şəbəkədə paylaşdıqları üçün Gültəkin Hacıbəyli və Aynur İmranovanı da məhkəməyə verəcəyini deyib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *