İsmayıllıda 23 yaşlı qız anasını çaya atdı – VİDEO
Dəhşətli hadisə rayonun Qalacıq kəndində qeydə alınıb.
İsmayıllıda gənc qız anası ilə mübahisə edib və onu çaya atıb. Sakinlər tərəfindən xilas edilən qadın xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağırdır. Qızın ruhi xəstə olduğu bildirlir.
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə İsmayıllının Qalacıq kəndində baş verib.
Kənd sakini, 23 yaşlı Gülzadə Həmzəyeva və anası, 62 yaşlı Şükufə Həmzəyeva həyətyanı sahədəki bağdan qoz yığıblar. Həmin vaxt onların arasında mübahisə yaranıb. Gənc qız anasını itələyərək çaya atıb və oradan qaçıb.
Baş və bədənin müxtəlif nahiyələrindən əzik, çapıq və sınıq xəsarətləri alan Şükufə Həmzəyevaya lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır.
Yaxınlarının sözlərinə görə, ailənin tək övladı olan Gülzadə Həmzəyeva ruhi xəstədir.
Yaxınları Gülzadə Həmzəyevanı müalicə olunması üçün yenidən ruhi əsəb dispanserinə göndərməyi planlaşdırırlar. Faktla bağlı araşdırma aparılır.
Mənbə:> Oxu.az