Xəzərdə itkin düşən neftçinin axtarışına iki helikopter cəlb olunub » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Xəzərdə itkin düşən neftçinin axtarışına iki helikopter cəlb olunub

Xəzərdə itkin düşən neftçinin axtarışına iki helikopter cəlb olunub


“Xəzər dənizində Dərinsulu Günəşli (DSG) platformasındakı qazma podratçısının itkin düşən bir işçisinin axtarış işləri davam etdirilir”.

Oxu.Az xəbər verir ki, “BP-Azərbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlının “APA-Economics”ə verdiyi açıqlamaya görə, dünən axşama olan məlumata əsasən axtarış işlərinə 2 helikopter və 3 gəmi cəlb olunub.

“İtkin düşən şəxsin ailəsinə məlumat verilib. Onun ailə üzvləri, qohumları bizimlə mütəmadi əlaqə saxlayır”, - deyə T.Bayatlı əlavə edib.

Xatırladaq ki, noyabrın 8-də Xəzər dənizində Dərinsulu Günəşli (DSG) platformasındakı qazma podratçısının bir işçisi itkin düşüb. BP qəzalara qarşı cavab tədbirləri qrupunu səfərbər edib və itkin düşmüş şəxsin tapılması üçün zəruri tədbirlər görür.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *