Veteran adının verilməsində dəyişiklik olundu – VİDEO
Qarabağ müharibəsində özünümüdafiə dəstələrində döyüşənlərə veteran adının verilməsi proseduru müəyyənləşib. Nazirlər Kabinetinin qərarına əsasən, 1988-ci ildən 1991-ci ilə qədər olan döyüşlərdə özünümüdafiə dəstələrində döyüşmüş şəxslərə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidməti tərəfindən veteran adı veriləcək. Digərləri isə son xidmət etdiyi qoşun növü üzrə aidiyyəti orqanlara müraciət etməlidir.
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Qarabağ döyüşlərində özünümüdafiə dəstələrində iştirak etmiş, amma xəsarət almamış şəxslərə də veteran adı veriləcək.
Nazirlər Kabineti “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında əsasnamə”də dəyişikliklər edib.
Belə vəsiqələrin bir qismi Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidməti, digər qismi isə iştirakçının son xidmət keçdiyi qoşun növündə yaradılan komissiya tərəfindən veriləcək.
Vəsiqənin verilməsi üçün isə vətəndaşdan heç bir ödəniş tələb edilmir.
Vəsiqənin verilməsində hər hansı saxtakarlıq aşkar olunarsa, vəsiqə onu verən orqan tərəfindən ləğv edilə bilər.
Mənbə:> Oxu.az