Polkovnik: Azərbaycanın xüsusi təyinatlı dəstələrində yaxşı kadrlar var » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

Polkovnik: Azərbaycanın xüsusi təyinatlı dəstələrində yaxşı kadrlar var

Polkovnik: Azərbaycanın xüsusi təyinatlı dəstələrində yaxşı kadrlar var


Azərbaycanın xüsusi təyinatlı dəstələrində və hərbi kəşfiyyatında yaxşı hazırlanmış kadrlar var. Qarabağda son döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin müvəffəqiyyət qazanmasında həmin bölmələrin böyük payı var.

AzNews.info xəbər verir ki, bu sözləri AzərTAc-ın müxbirinə müsahibəsində istefada olan polkovnik Sergey Manakov söyləyib.

O deyib: “Azərbaycan aprelin əvvəlində gedən döyüşlərdə bir daha bütün dünyaya sübut etdi ki, bu torpaqlar “DQR” adlı hansısa müəmmalı qurumun deyil, Azərbaycanın tərkibində olmalıdır”.

S.Manakov Naxçıvanda xidmət edib. Sovet İttifaqı dağılandan sonra Bakıya gəlib. Qarabağ müharibəsində əfsanəvi 701-ci motoatıcı briqadanın tərkibində Kəlbəcər uğrunda döyüşlərdə iştirak edib. Kəşfiyyat üzrə mütəxəssis kimi, Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin və Azərbaycanın xüsusi təyinatlı hissələrinin təşkilində iştirak edib. S.Manakov vurğulayıb:

“Ailə vəziyyətim imkan versəydi, yəqin ki, Azərbaycanda qalardım”.

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *