Bu turizm müəssisələrinin sertifikatı ləğv olunacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Bu turizm müəssisələrinin sertifikatı ləğv olunacaq

Bu turizm müəssisələrinin sertifikatı ləğv olunacaq


Azərbaycanda xidmət keyfiyyəti aşağı düşən turizm müəssisələrinin sertifikatı ləğv olunacaq.

Aznews.info xəbər verir ki, Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu, yeni hazırlanan “Turizm haqqında” qanun layihəsində əks olunub.

Layihəyə görə, turizm infrastrukturu subyektinin xidmət keyfiyyətinin aşağı düşməsi və onun fəaliyyətinin idarəetmə tələblərinə uyğun gəlmədiyi müəyyən olunduqda uyğunluq sertifikatı ləğv olunacaq.

Bununla yanaşı, turizm infrastrukturu subyekti barəsində məlumatlar Dövlət Turizm Reyestrinin aktiv bölməsindən çıxarılacaq.

Qeyd edək ki, uyğunluq sertifikatı istehsal olunmuş məhsulun müvafiq standarta, texniki reqlamenti və digər normativləri hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunu təsdiq edir.

Mənbə: Trend.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *