Daxili kreditlə mənzil alarkən diqqətli olun! » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Daxili kreditlə mənzil alarkən diqqətli olun! – VİDEO

Daxili kreditlə mənzil alarkən diqqətli olun!


Ekspertlərin bu yolla ev alanlara riskdən yayınmaq üçün tövsiyələri var.

Bina evlərini bir çoxları ipoteka ilə əldə etməyə üstünlük verir. Ancaq hazırda yeni inşa edilən binalardan mənzil almağın daha geniş yayılan üsulu daxili kreditlə mənzil almaqdır. Yəni, vətəndaşlar tikinti şirkətləri ilə müqavilə bağlayır və pulu banka yox, tikinti şirkətlərinin özünə ödəyirlər. Ekspertlərin bu yolla ev alanlara riskdən yayınmaq üçün tövsiyələri var.

Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, yeni inşa edilən binalardan vətəndaşlar əksər hallarda daxili kreditlə ev alırlar. Ancaq bu zaman tikinti şirkəti ilə vətəndaşın sövdələşməsi heç də həmişə yaxşı sonluqla bitmir.

Belə problemlər isə tikinti şirkətlərinin daxili kreditinin nə qədər etibarlı olduğu məsələsini gündəmə gətirir. Vətəndaş bu kreditlərin etibarlılığına necə əmin olmalıdır?

Ekspert Ruslan Atakişiyev bildirir ki, vətəndaşlar daxili kreditlə mənzil alarkən sonda çətin vəziyyətdə qalmamaq üçün bəzi nüanslara xüsusi diqqət yetirməlidirlər.

Ekspert bildirir ki, bir çox tikinti şirkəti möhürlü qəbzlərlə, maliyyə sənədləri ilə müştəriləri aldadıb asanlıqla onların pullarını mənimsəyə bilər. Buna görə maliyyə sənədləri ilə yanaşı, vergi sənədlərinin də yoxlanılması və tələb edilməsi sizi gələcək risklərdən sığortalaya bilər.


Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *