Ev təhvil alarkən diqqətli olun » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Video

Ev təhvil alarkən diqqətli olun – VİDEO

Ev təhvil alarkən diqqətli olun


Əksər tikinti şirkətləri mənzilləri alıcılara təmirsiz vəziyyətdə təhvil verirlər. Bu isə həmin binaların gələcəkdə istismarında, eləcə də təmirində çətinliklər yaradır.

Oxu.Az xezerxeber.com-a istinadla xəbər verir ki, məsələn, biri evini bu gün, digəri isə 2 il sonra və ya daha gec təmir etdirir. Bu isə fasiləsiz səs-küyə, elektrik sisteminə fərdi müdaxilələrə, binaların görkəminin ciddi şəkildə pozulmasına səbəb olur.

Qabaqcıl ölkələrin bir çoxunda tikinti şirkətləri, adətən, mənzilləri təmirli şəkildə satmağa üstünlük verirlər. Çünki bu binalarda yaşayış daha real və tez başa gəldiyindən insanların daha çox marağını çəkir.

Əmlak eksperti Ramil Osmanlı bildirir ki, tikinti şirkətləri təmirli mənzilə görə ümumi vəsaitin üzərinə çox pul qoyduğundan insanların bu mənzillərə marağı azalır.

Ekpertin sözlərinə görə, tikinti şirkətləri təmirlə bağlı bütün materialları əslində çox ucuz qiymətə ala bilirlər.

Ramil Osmanlının fikrincə, təmirsiz mənzil satan şirkətlər, adətən, marketinq və müştəri məmnuniyyəti məsələsində təcrübəsiz olanlardır.


Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *